Xəbər lenti

Avropa İnsan Hüquqları Məhkəməsi Nemət Pənahlının işi üzrə qərarını elan edib.

Şikayət Nemət Pənahlının 2011-ci ilin yanvarında Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-ü maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlıdır.

Bui barədə vəkil Fariz Namazlı facebook səhifəsində yazıb. Belə ki, həmin tarixdə N. Pənahlıya qarşı cinayət işi başlanıb və onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib, daha sonra onun həbsdə saxlama müddəti 1 ay müddətinə artırılıb. Avropa Məhkəməsi hesab edib ki, yerli məhkəmələr şikayətçi barəsində həbs qətimkan tədbiri seçərkən Avropa İnsan Hüquqlıarı Konvensiyasının 5.3 (həbsin seçilməsinin əsaslandırılması) maddəsini pozub.

Nəticədə mənəvi zərərə gorə N. Pənahlıya 3000 avro, məhkəmə məsrəflərinə görə 1000 avro kompensasiya təyin edilib.

Şikayətçinin hüquqlarını vəkil İntiqam Əliyev müdafiə edib.
strateq.az




Ana səhifəyə qayıt        Baxış: 1 107          Tarix: 20-10-2017, 17:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma