Xəbər lenti

 

Avropa Məhkəməsi bu gün Azərbaycanla bağlı daha bir qərarını elan edib. Ovqat.com PressClub.Az-a istinadən bildirir ki, hüquqşunas Xalid Ağaliyevin verdiyi məlumata görə, məhkəmə Müsavat Partiyasının üzvü Tural Hacıbəylinin şikayətini təmin edib.

Qeyd edək ki, Tural Hacıbəyli, 2011-ci ilin mart ayında Müsavat Partiyasının Fəvvarələr Meydanında keçirdiyi dinc aksiyada saxlanılaraq, inzibati həbsə məruz qalmışdı.

Avropa Məhkəməsi Tural Hacıbəylinin Avropa Konvensiyasının 5-ci (Azadlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 11 (Sərbəst toplaşmaq azadlığı) və 13-cü (Səmərəli müdafiə vasitələri) maddələrdə nəzərdə tutulan hüquqların pozuntusunu tanıyıb. Qərara görə, hökumət T.Hacıbəyliyə 10 min 500 avro (8 min Ərizəçiyə dəymiş mənəvi zərərə, 2 min 500 avro isə hüquq məsrəfləri) ödəməlidir.

Şikayətçini Avropa Məhkəməsində İntiqam Əliyev təmsil edib.




Ana səhifəyə qayıt        Baxış: 744          Tarix: 28-09-2017, 20:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma