18 il öncə qazılan su quyusundan isti su çıxmağa başlayıb.
Ovqat.com bildirir ki, Lənkəranın Səpnəkəran kənd sakini, Məmmədağa Əliyev 1999-cu ildə su quyusu qazdırıb və quyudan çıxan sərin sudan istifadə olunub. Bu ilin avqust ayında anidən quyunun suyu qaynamağa başlayıb. Hazırda quyuda suyun temperaturu 35 dərəcədən artıqdır.
Suyun temperaturu ilə yanaşı dadı da dəyişib.Hətta meyvə ağalarına verilən su ağacları yandırıb. Ailə hazırda quyunun suyundan məişətdə isti su kimi istifadə edir.
Məsələ ilə bağlı Lənkəran Dövlət Universitetinin Kimya-biologiya Kafedrasının müəllimi Sevda Bağırova bildirdi ki, Yerin dərinliklərində reaksiyaların nəticəsində çoxlu miqdarda istilik ayrılır. Buna görə yerin səthinə bu su kütləsi isti halda çıxır.
Ailə üzvləri aidiyyatı qurumlardan suyun keyfiyyətinin yoxlanmasını, vəziyyətin yerində araşdırılmasını istəyirlər. /xezerxeber.az
Videonu izləmək üçün şəklə klikləyin:
Paylaş: