Xəbər lenti

 

"Eynən insan kimi davrandı. Sifətində elə narazı ifadə vardı ki... Sanki "Bax, məni niyə narahat edirsən?!" deyirdi".

Bolqarıstanın paytaxtı Sofiyada yaşayan Enn Barretin şotland foldu cinsindən olan Bizon adlı pişiyi indi internet sensasiyasıdır.

Bizon kresloda və ya çarpayıda oturaraq televizora baxmağı çox sevir. Sahibəsi, adətən, belə vaxtlarda Bizona mane olmur.

Lakin bu günlərdə Bizon yenə televizora baxanda Enn onu çağırıb. Bizon başını çevirərək sahibəsini narazılıq dolu baxışlarla, məzəmmətlə süzüb.

Bu anları smartfonla çəkən Enn Barett videonu sosial şəbəkədəki profillərində paylaşandan sonra Bizon bir gündə məşhurlaşıb.\\Milli.Az 

 

Videonu izləmək üçün şəklə klikləyin:

Bu pişik internet sensasiyasına çevrildi




Ana səhifəyə qayıt        Baxış: 760          Tarix: 26-10-2017, 19:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma