Xəbər lenti

Qarabağa gedərək ermənilərə dəstək verən Türkiyə vətəndaşından SİRLİ ADDIMÖtən ay Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən 4 Türkiyə vətəndaşından biri, HDP-nin keçmiş millət vəkili Ufuk Uras Ərdoğanla birgə fotosunu Tvitterdə paylaşdıqdan sonra silib.

Publika.az
 xəbər verir ki, Uras Tvitterdə Rəcəb Tayyip Ərdoğanın Baş nazir olduğu dövrdə “aydınlarla” birlikdə PKK-ya silahı buraxması ilə bağlı açıqlamasının yer aldığı qəzet maneştini paylaşıb.

Uras paylaşdığı fotonun altına “Tarixdən bir yarpaq” deyə yazıb. Lakin daha sonra twiti səbəbsiz yerə silib. Türkiyə mediası Urasın bu süirli addımının arxasında nəyin dayandığının anlaşılmaz olduğunu yazır.

Qeyd edək ki, Türkiyə vətəndaşları – HDP-nin keçmiş İstanbul millət vəkili Ufuk Uras, yazar Sait Çetinoğlu, jurnalistlər Əli Bayramoğlu və Erol Katırcıoğlu ötən ay Dağlıq Qarabağa qanunsuz səfər ediblər. Bu şəxslər səfər zamanı qondarma DQR-ə dəstək verib, Azərbaycan və Türkiyəni tənqid ediblər. Rəsmi Bakı bu şəxslərin adını “qara siyahıya” salıb və həbs olunmasını tələb edir.




Ana səhifəyə qayıt        Baxış: 807          Tarix: 27-10-2017, 17:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma