Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Bu gün 272 nömrəli tam orta məktəbdə 9 noyabr Dövlət Bayrağı günü münasibətilə tarix müəllimi Röya Yaqubovanın rəhbər olduğu 5 “E” sinfinin şagirdləri “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir hazırlayıb.
Aparıcılar məktəb direktoru başda olmaqla qonaqlar, müəllimləri, şagirdləri, valideynləri salamladılar. Qonaqlar arasında Abasqulu Ağa Bakıxanov adına inistutunun alimi Dilavər Əzimli, Fəlsəfə İnstutunun əməkdaşı fəlsəfə üzrə doktor Faiq Ələkbərov, Foklor İnstitutunun əməkdaşı alım Bəxtiyar Tuncay, İcra nümayəndələrinin əməkdaşı İsa Hüseynov, " Tariximizə sahib çıxaq" tarixi araşdırmalar və maarifləndirmə İctimai birliyinin sədri Araz Şamilov və idarə heyyətinin üzvi Elmar Həsənli Atatürk liseyinin tarix müəllimi, Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi işçilərindən Sevil Nağıyeva metodika-biblioqrafiya söbəsinin müdiri, Yeganə Babayeva xidmət söbəsinin müdiri, Nazilə Təhməzova uşaq şöbəsinin müdiri, İradə Sadıqova bas biblioqraf, Vəfa Əhmədova bas kitabxanacı, Arzu Quliyeva informasiya resurs söbəsinin müdiri, Rəna Mustafayeva multimedia resursları üzrə mütəxəssis iştirak edirdilər.
Dövlət bayrağımız əsgər geyimində olan şagirdlər tərəfindən zala gətirildi. Dövlət himnimiz səsləndi. Aygün Kazımovanın ifasında səslənən “Azərbaycan bayrağı” mahnısı dinlənildi. Aparıcılar əsrlər boyu Azərbaycan xalqının tarixində silinməz iz qoyan tarixi şəxsiyyətlərimizin yaratdıqları dövlətlərin üzərində dalğalanan “Dövlət bayraqlarımızı” səhnəyə dəvət etdilər. Hər bir dövlətin adı səsləndikdə həmin dövlətin hökmdarı dövlətin bayrağı ilə səhnəyə gəldilər. Manna dövlətinin hökmdarı İranzu, Atropatena dövlətinin qurucusu Atropat, Albaniya dövlətinin vahidliyini qoruyub saxlayan hökmdar Cavanşir, Sacilər dövlətinin qurucusu Əbu Sac Divdad, “dinin dirəyi, ərəblərin və əcəmlərin hakimi, bütün müsəlmanların pənahı, əmirəlmöminin təsdiqini almış Sultan Alparslan”, Eldəgizlər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, indiki Türkiyə Cümhuriyyətinin çərq əyalətlərini, indiki Gürcüstanın şərqini (Borçalını), indiki Ermənistanı, Qərbi İran və İraqı əhatə edən Azərbaycan sultanlığının qurucusu Baharlılar sülaləsindən olan Qara Yusif, Kürdən cənubdakı Azərbaycan torpaqlarını, indiki İran İslam Respublikasının qərb hissəsini, İraqın, Gürcüstanın şərqini əhatə edən dövlətin sultanı Uzun Həsən, müdrik əcdadlarımızdan miras qalmış üç şeyi gənclərə vəsiyyət edən ana dilimizi, vicdanımızı, Vətənimizi Şah İsmayıl Xətai, Əfşar türk dövlətinin qurucusu Nadir şah, Qızılbaşlar və Əfşarlar sülaləsinin davamçısı, Qacarlar dövlətinin əsasını qoyan Ağa Məhəmməd şah Qacar, Cavad xan obrazları bir-birinin ardınca səhnəyə daxil oldular və özlərini təqdim etdilər. Azərbaycan Xalq Cümhuriyyət dövrünün qurucuları-Əlmərdan Bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədhəsən Hacınski, Məhəmməd Əmin Rəsulzadə, Nəriman bəy Nərimanbəyli, Nəsib bəy Yusifbəylidir. Azərbaycan Xalq Cümhuriyyət dövrünün qurucusu Məhəmməd Əmin Rəsulzadənin səsi səsləndirildi.
Mövzuya dair fotomateriallar:
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar