Xəbər lenti

 

Bazarları Çindən gətirilən sarımsaqlar bürüyüb. Bu sarımsaqlar həm görünüşünə, həm də keyfiyyətinə görə yerli məhsuldan fərqlənir. Çin sarımsağının iyi ağızda qalmamaqla yanaşı qiyməti də 30 % ucuzdur.

Həm ölçüsünə görə, həmdə rənginə görə fərqlənir. Üstəlik qiymətidə sərfəlidir. Paytaxt bazarlarını Çindən gətirilən sarımsaqlar bürüyüb.

Bu sarımasaqlar yerli məhsuldan görünüşünə görə fərqlənir. Onlar adətən sdantart ölçüdə və ağ rəngdə olur. Qiyməti də yerli sarımsağa nisbətən təxminən 25-30 % ucuzdur.

Satıcılar bildirirlər ki, Çindən gətirilən sarımsaq dadına və keyfiyyətinə görə də yerli məhsuldan fərqlənir. Satıcılar deyirlər ki, müştərilər əsasən yerli sarımsağa üstünlük verirlər.

Satıcıların sözlərinə görə, Çin sarımsağını daha çox kafe və restoranlarda istifadə etmək üçün alırlar.

Kənt Təsərrüfatı Nazirliyində isə hesab edirlər ki, qiymətin yüksək olmasına baxmayaraq yerli sarımsağara təlabat böyükdür. Yerli sarımsaqlar daha keyfiyyətli olduğundan hətta xarici ölkələrə də ixrac edilir.\\xezerxeber.az




Ana səhifəyə qayıt        Baxış: 740          Tarix: 9-11-2017, 21:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma