Yeni il və həmrəylik günü ilə bağlı turpaketlərə maraq artıb. Xarici turlarla yanaşı daxili turizmə də təlabat böyükdür. Bəs görəsən hansını almaq daha sərfəlidir?
Ovqat.com-un məlumatına görə, əksər yerli otellər xaricilərə nisbətən daha bahalı xidmət təklif edirlər.
Yeni ili maraqlı keçirmək istəyənlər indidən turpaketlərlə maraqlanmağa başlayıblar. Hər il olduğu kimi bu il də dekabrın sonlarına olan turpaketlərin qiyməti artıb. Maraqlısı isə odur ki, yeni ili xaricdə qarşılamaq daha sərfəlidir. Çünki qiymətlərdə 35-40 faiz fərq var.
Özü də bu qiymətə İstanbulda 3 yox, 4 gün istirahət etmək olur. Daha aşağı xidmət göstərən yerli otellərdə qiymətlər xaricdəkilərdən bahadır.
Məsələn, bir nəfər 3 günlük Dubaya getmək istəsə 1070 manat, Moskvaya 700 manat, Ukraynaya 600 manat, Budapeştə isə 480 manat verməlidir. Hətta qışda turistlərin ən çox üz tutduqları məkanlardan olan Turkiyənin Bursa şəhərində 1200 manata otel tapmaq olar.
Tur operatorların sözlərinə görə, bu il ötən ilə nisbətən daxili turpaketlərin qiymətində artım müşahidə olunur.
Mütəxəssislərin sözlərinə görə, otel sahibləri 31 dekabrda təqdim edəcəkləri şou-praqramlara görə qiymətləri bələ müəyyənləşdiriblər.\\Xezerxeber.az
Paylaş: