Xəbər lenti

 

İnformasiya ombudsmanı ayrıca qurum kimi fəaliyyət göstərməlidir. 

Bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib. Ə.Amaşov deyib ki, informasiya ombusdmanının müstəqil qurum kimi yaradılması nəzərdə tutulurdu: "Çox təəssüf ki, həmin qurum İnsan Hüquqları üzrə Müvəkkilliyin (Ombudsman) tərkibinə verildi. İndiyə kimi bu qurumun fəaliyyəti ilə bağlı bizdə heç bir bilgi yoxdur. Səbəb olaraq deyirlər ki, Nazirlər Kabineti bu qurum üçün ştat ayırmır. Amma hesab edirəm ki, informasiya ombudsmanı üçün ştat ayrılmalı və müstəqil qurum kimi fəaliyyətə başlamalıdır".\\Xezerxeber.az
Mövzu ilə bağlı "Xəzər Səhər"in hazırladığı videomaterialı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 873          Tarix: 24-11-2017, 18:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma