Artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan İntellektual Birİncisi" layihəsi başa çatdı.
6 dekabr 2017-ci il tarixində "Azərbaycan İntellektual Birİncisi" layihəsinin final mərhələsinin oyunları və bağlanış mərasimi keçirilib. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. "İrəli" İctimai Birliyi Dövlət proqramının alt sənədinə uyğun olaraq "Azərbaycanın İntellektual Birİncisi" layihəsini həyata keçirdi.
"İrəli" İctimai Birliyinin silsiləvi layihələrindən olan, gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutan "Azərbaycanın İntellektual Birİncisi" layihəsi çərçivəsində 62 rayon, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70 rayondan 1500-ə yaxın gənc iştirak edib. Layihə zamanı regional turnirlər: Bakı, Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəmkir, Mingəçevir, Şəki, Sabirabad, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində, Naxçıvan Muxtar Respublikasında keçirilib. Beləliklə Azərbaycanın 11 regional turniri 70 rayonda yekunlaşıb.
Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Milli Məclisin deputatı Mahir Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov çıxış edərək belə layihələrin həyata keçirilməsinin gənclərin inkişafında əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, gənclərin intellektual oyunlarda iştirakı onların zehni inkişafına, bilik və bacarıqlarının artırılmasına böyük töhfə verir. Bu baxımdan belə layihələr gənclərin inkişafında mühüm rol oynayır.
İctimai Birliyin sədri MirHəsən Seyidov çıxışında "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramında gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsinin əksini tapdığını vurğulayıb. O, "Azərbaycan İntellektual Birİncisi" layihəsinin Dövlət Proqramına uyğun olaraq həyata keçirildiyini deyib. Bildirib ki, Azərbaycanın bütün regionlarını əhatə edən layihənin məqsədi ölkə gənclərinin maarifləndirilməsi və intellektual potensiallarının qiymətləndirilməsi olub.
Layihənin yekununda "Vətəni tanı" oyunu üzrə Sabirabad, Qobustan və Naxçıvan gəncləri müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar. "Axtar tap" oyununun nəticələrinə görə Abşeron rayonunun təmsilçiləri ilk sırada yer alıblar. İkinci yerə Biləsuvar, üçüncü yerə isə Sabunçu gəncləri layiq görülüblər. "Nə, harada, nə zaman?" oyunu üzrə birinci yerə Abşeron, ikinci yerə Gəncə, üçüncü yerə Naxçıvan gəncləri sahib olublar. "Xəmsə" oyunu üzrə isə Şabran, Lənkəran və Goranboy rayonlarının gənc intellektualları qalib adını qazanıblar. Qalib gələn komandalar medallar, şəhadətnamə və dəyərli hədiyyələr ilə təltif olunublar. Tədbirdə rayon gənclər və idman idarələrinin nümayəndələri də iştirak edib.
"Azərbaycanın İntellektual Birİncisi" layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub
Qeyd edilib ki, layihənin digər tərəfdaşları Kapitalbank, "Azərbaycanın İntellektual Oyunlar Klubu", Xəmsə Milli İntellektual Oyunu, Carabao-dur.
Məqaləyə dair fotomateriallar:
Paylaş: