Xəbər lenti

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən ilin yanvar-noyabr aylarında ölkə üzrə 132002 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib.

Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrdən 2374-ü əkiz, 54-ü üçəm doğulanlardır.

Ötən ilin yanvar-noyabr aylarında ölkədə 52318 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

Bundan başqa, 2017-ci ilin 11 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 57177 nikah və 13345 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

Ötən ilin yanvar-noyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2751 nəfər Azərbaycana gələn, 1704 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq miqrasiya saldosu müsbət 1047 nəfər təşkil edib.




Ana səhifəyə qayıt        Baxış: 912          Tarix: 17-01-2018, 17:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma