Xəbər lenti

"Təbiəti qorumaq tək hüquq mühafizə orqanlarından, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, hər hansı bir məmurdan asılı olmamalıdır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Onun sözlərinə görə, ağacları kəsib onu maşına yükləyib gizli şəkildə gətirən şəbəkə üzvləri elə sıravi vətəndaşlardır: "Burada tərbiyə və dəyərlərdən söhbət gedə bilər".

Nazir iş adamlarının təbiətə vurduğu ziyandan da söz açıb. O bildirib ki, iş adamı da şüurlu düşünməli və yaşıllıq olan ərazilərdə iş görməməlidir: "Nazirlik bu kimi qanunsuz halların qarşısını öz səlahiyyətləri çərçivəsində alır. Aşkar olunan faktları törədən şəxslərin kimliyi məlum olmayanda bu məsələ polis orqanlarına təqdim olunur. Onlar da tədqiqat apararaq günahkarı tapıb cəzalandırırlar. Son iki ildə təbiətə vurulan ziyanlarla bağlı əhəmiyyətli dərəcədə sərt cəzalar verilməyə başlayıb".

 




Ana səhifəyə qayıt        Baxış: 610          Tarix: 26-02-2018, 15:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma