Xəbər lenti

Aprelin 1-də gecə saat 2 radələrində Abşeron Rayon Polis İdarəsinin növbətçi hissəsinə müraciət edən vətəndaş mağazasında ona qarşı quldurluq edilməsi barədə müraciət edib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, dərhal Xırdalan şəhərində hadisə baş verən ünvana gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla müəyyən edilib ki, gecə vaxtı şəhər sakini R.Kazımova məxsus mağazaya gəlmiş naməlum şəxs ondan pul və tütün məmulatı tələb edib, istədiyinə nail olmadıqda isə onu cibindən çıxardığı qumbara ilə hədələyib. Lakin mağaza sahibi müqavimət göstərdiyindən həmin şəxs qumbaranı ataraq aradan çıxıb.

“RQD-5”  markalı qumbara polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

 

 




Ana səhifəyə qayıt        Baxış: 438          Tarix: 2-04-2018, 15:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma