Bakı polisi axtarışda olan qadını tutub.
Ovqat.com Lent.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda zərər vurmaqla) ilə başlanan cinayət işi əsasında axtarışa verilən Gəncə şəhər Kəpəz rayon sakini, 1975-ci il təvəllüdlü İsmayılova Səkinə Sərdar qızı gecə saatlarında tutulub.
O, Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə yerləşdirilib. Bildirilir ki, S.İsmayılov tanınmış iş adamı Barat Abdullayevlə keçmiş həyat yoldaşı Təyminə Abdullayeva arasında boşanma ilə bağlı yaranmış narazılıqlarla bağlı tutulub.
Belə ki həmin şəxslər arasında mülkiyyətin bölünməsinə görə qalmaqal yaranıb və həmin vaxt T.Abdullayeva tanışı S.İsmayılovanın köməkliyindən istifadə edib. İş adamına məxsus olan və dəyəri 250 min manat olan ev onun keçmiş həyat yoldaşı tərəfindən S.İsmayılovanın adına keçirilib. Lakin daha sonra T.Abdullayeva polisə müraciət edərək həyat yoldaşının Səkinə İsmayılovanı ələ aldığını deyib və onun vasitəsi ilə dəyəri 2 milyon manata yaxın olan evini ələ keçirməyə çalışdığını iddia edib. O deyib ki, Barat Abdullayev boşanandan sonra əmlakı bölməmək üçün bir neçə plan hazırlayıb.
Qeyd edək ki, T.Abdullayeva bir müddət əvvəl Nərimanov polisi tərəfindən saxlanılıb. Onun keçmiş həyat yoldaşı Barat Abdullayev tanınmış iş adamıdır və Bakıda otel-restoranlar var. /Criminal.az/
Paylaş: