İş adamı Barat Abdullayevin məhkəmə prosesi davam edir.
Ovqat.com xəbər verir ki, bu gün Ağır Cinayət İşləri üzrə Bakı Məhkəməsində iş adamı Barat Abdullayevin həyat yoldaşı Təyminə Abdullayevaya qarşı qaldırılmış cinayət işinə baxılıb. Xatırladaq ki, Təyminə Şamil qızı Abdullayeva Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1, 320.2, 178.3.2. və 315.2-ci maddələri ilə təqsirləndirilir.
Bugünkü məhkəmə iclasını hakim Ramella Allahverdiyeva açaraq, sözü hər iki tərəfin nümayəndələrinə verdi, onların çıxışları və vəsatətləri dinlənildi.
Daha sonra məhkəmənin təyinat məsələləri üzrə iş icraçısı Novruz Ağayevi dinlədikdən sonra hakimlər müşavirəyə getdilər. Müşavirədən sonra hakim Ramella Allahverdiyeva bugünkü son qərarını məhkəmə iştirakçılarına açıqladı.
Onun dediyinə görə, zərərçəkmiş Barat Abdullayevin nümayəndəsi Ceyhun Müslümov hakimdən müttəhim barəsində həbs qəti imkan tədbiri seçilməsini və dərhal məhkəmə zalında həbs olunmasını tələb edib. Təyminə Abdullayevanın vəkili Janna Bağırova isə müvəkkilinin əslində zərərçəkmiş olduğunu deyib və onun haqqında irəli sürülən hər 4 maddənin əsassızlığını iddia edib”.
Hakim Ramella Allahverdiyeva isə Barat Abdullayevin nümayəndəsinin tələbini qəbul etmədi və bunu Təyminə Abdullayevanın məhkəmə prosesindən yayınmaması ilə əsaslandırdı.
Proses mayın 10-da davam edəcək.
Mətanət İmanquliyeva
Ovqat.com
Paylaş: