Xəbər lenti

Almaniyada mühacirət həyatı yaşayan Milli Məclisin sabiq deputatı, tanınmış bəstəkar Hüseyn Abdullayevin tutularaq Azərbaycana təhvil verildiyi xəbəri rəsmi təsdiqini tapıb.

Strateq.az xəbər verir ki, APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyindən Hüseyn Abdullayevin “İnterpol” tərəfindən Türkiyədə saxlanıldığı və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil veridiyini onlara təsdiqləyiblər.

Bildirilir ki, Azərbaycana gətirilən Hüseyn Abdullayev Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.

Xatırladaq ki, Hüseyn Abdullayevin tutulduğu və Azərbaycana gətirildiyi barədə ilk məlumatı “Qafqazinfo.az” saytı yayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 877          Tarix: 23-04-2018, 15:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma