Xəbər lenti

Bakıda və Abşeron yarımadasında mayın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-13, gündüz 20-25,  Bakıda gecə 11-13, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Mayın 4-də gündüz qərb rayonlarından başlayaraq mayın 6-sı gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı ehtimalı var.

 




Ana səhifəyə qayıt        Baxış: 696          Tarix: 2-05-2018, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma