Xəbər lenti

İsrail parlamentinin spikeri Yuliy Edelşteyn qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar qərar layihəsini gündəlikdən çıxarıb.

Bu barədə “The Jerusalem Post” qəzeti spikerin mətbuat katibinə istinadən yazıb.

Məlumata əsasən, sənəd Knessetdə qeyri-münasib vəziyyətin yaranmaması məqsədilə gündəlikdən çıxarılıb.

“Çünki  qərarın əksəriyyət tərəfindən dəstəklənəcəyi aydın deyildi”, spikerin mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, İsrail parlamentində Türkiyə ilə münasibətlərin gərginləşməsi fonunda qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar plenar iclas keçirilməli idi. Müvafiq təkliflə solçu “Merets” partiyasının lideri Tamar Zandberq çıxış etmişdi/APA.

 




Ana səhifəyə qayıt        Baxış: 789          Tarix: 29-05-2018, 11:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma