Xəbər lenti

 

Ötən həftə Ankara səfirini rəsmən geri çəkərək, Türkiyə ilə diplomatik əlaqələrini kəsən Hollandiya qondarma “erməni soyqırımı” tanımağa hazırlaşır.

 Ovqat.com-un bildirdiyinə görə, hökumət koalisiyasının ortağı Xristian Birliyi (CU) tərəfindən gündəmə gətirilən təklifə digər hakim üç partiya da dəstək verib.

“Xristian Birliyi”ni təmsil edən millət vəkili Joel Voordewind Hollandiya telekanalına (NOS) verdiyi açıqlamada parlamentdə əksəriyyətinin fikrinin bu istiqamətdə olduğunu bildirib.

 Hollandiya parlamenti 24 apreldə qondarma "soyqırım”ı anmaq üçün Ermənistanın paytaxtı İrəvana ilk dəfə nazir səviyyəsində nümayəndə heyəti də göndərmək istəyir.

“Xristian Birliyi”nə görə, İrəvana nazir səviyyəsində nümayəndə göndərilməsi "soyqırımı" tanımaq istiqamətində güclü bir siqnal olacaq.

Hökumət bu təklifə hələ cavab verməyib. Ancaq Hollandiya mediası Haaqa rəhbərliyinin təklifə reaksiyasının müsbət olacağını iddia edir.




Ana səhifəyə qayıt        Baxış: 839          Tarix: 16-02-2018, 11:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma