Xəbər lenti

Ukrayna hakimiyyət orqanları rusiyalı jurnalist və Putinin tənqidçisi Arkadiy Babçenkonun qətlini sifariş etməkdə şübhəli bilinən şəxsin adını açıqlayıb. Onun bu qətli Rusiya məxfi xidmətlərinin tapşırığı ilə hazırladığı iddia edilir.

Mayın 31-də Kiyev məhkəmələrindən birində keçirilən dinləmədə prokurorlar, Boris Germanı Rusiyanın qəsdini həyata keçirmək cəhdində ittiham ediblər.

Ukrayna təhlükəsizlik xidməti  SBU bildirir ki, Babçenkonun ölümünü səhnələşdirməklə ona qarşı sui-qəsdin qarşısı alınıb.

Məhkəmə prokurorların Germanın mühakiməyə qədər 2 ay müddətində həbsdə saxlanması barədə ricasını təmin edib.

Mayın 31-də özünün “Facebook” səhifəsində Germanın vəkili Yevhen Solodko yazır ki, German Ukrayna-Almaniya müştərək silah istehsalı müəssisəsi “Schmeisser”in direktorudur.

“Schmeisser” Ukraynada dövlətin mülkiyyətində olmayan yeganə silah istehsalçısıdır.

Solodko bunu da yazır ki, German iddia edilən başqa qəsdçilərlə kommunikasiyada olub, amma qətl planı müzakirə olunmayıb.

Solodko iddia edir ki, German ölkənin şərqində Rusiya tərəfindən dəstəklənən separatçılara qarşı mübarizədə Ukrayna ordusuna fəal dəstək verib.

Vəkil yazır ki, Germanın silah istehsalı şirkəti Ukrayna Müdafiə Nazirliyi ilə uzunmüddətli münasibətlərə malikdir: “Boris özünün könüllü işləri ilə tanınır. Bizim snayperlərimizin tüfənglərinə onun müəssisəsində hazırlanan optik nişançılar qoyulub. O, mövcud hərbi silahların bazasında ən qüdrətli snayper komplekslərini yaradır və modernləşdirir”.

Bu arada Ukraynanın dövlət UNIAN xəbər agentliyi bildirib ki, ölkənin şərqində separatçılara qarşı vuruşmuş bir ukraynalı Babçenkoya qarşı sui-qəsdin icraçısı olmaqda ittiham edilir.

Onun adı hələlik açıqlanmır. Kiyev bildirir ki, Rusiya kəşfiyyat orqanları Babçenkonun qətli üçün Germana 40 min dollar ödəyib. Bunun 10 mini icraçı üçün nəzərdə tutulubmuş.

Azadlıq Radiosu

 




Ana səhifəyə qayıt        Baxış: 455          Tarix: 1-06-2018, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma