Xəbər lenti

Prezident Ərdoğan seçkidə tarixi qələbə qazanması münasibəti ilə tərəfdarlarının önünə çıxaraq, ilk mesajını verib.

Strateq.az bildirir ki,  Ərdoğan xalqın öz üzərinə düşən vəzifəsini layiqincə yerinə yetirdiyini deyib: “Buradan millətimə, şəxsimə təbrik ünvanlayan dost dövlətlərin liderlərinə və xalqına minnətdaram”.

Onu da qeyd edək ki, Ərdoğan “balkon” açıqlamasından sonra tərəfdarları qarşısında növbəti qısa çıxışını da edib. Həmin çıxışda o, bildirib ki, az əvvəl evinin önünə toplaşan ailələrdən birinin azyaşlı övladının ayaqları əzilib: “O üzdən sizdən xahiş edirəm, bu görüşümüzü başqa zamanda davam etdirək…”.

 

 




Ana səhifəyə qayıt        Baxış: 408          Tarix: 25-06-2018, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma