Bakı şəhərində intihar hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, ev 5 ünvanında qeydə alınıb. 1991-ci il təvəllüdlü Şəbnəm Xaləddin qızı Rzayeva hündürmərtəbli binanın damından özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Fatla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.