Xəbər lenti

 Bakıda yaşlı qadın ehtiyatsızlıqdan yanaraq ölüb.

Trend xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 3, ev 14-də baş verib.

Həmin evdə yaşayan 1932-ci il təvəllüdlü Səfərzadə Ziba Əlağa qızı evdə olarkən naməlum şəraitdə üzərindəki paltarları alışıb.

Ağır dərəcəli yanıq xəsarətləri alan qadın Respublika Yanıq Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən mərkəzdə dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 841          Tarix: 30-07-2018, 14:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma