Xəbər lenti

Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.2-ci maddələrinə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yusifov Anar Knyaz oğlunun yanına görüşə gələn tanışı Bakı şəhəri sakini Quliyev Şahmar Seyfəl oğlunun gətirdiyi sovqatlara və üzərinə baxış zamanı corabının içərisində gizlətdiyi 0.503 qram narkotik vasitə – marixuana aşkar olunaraq götürülüb.

Faktla əlaqədar araşdırma aparılır/Report

 




Ana səhifəyə qayıt        Baxış: 542          Tarix: 31-07-2018, 15:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma