Xəbər lenti

Bu ilin yeddi ayı ərzində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 427,7 mindən artıq zəng daxil olub. Xəstələrdən 37,7 mindən çoxu stasionar müalicə müəssisələrinə yerləşdirilib.

Stansiyanın baş həkiminin müavini İradə Əliyeva AZƏRTAC-ın müxbirinə bu ilin yeddi ayının statistik göstəriciləri barədə məlumat verərkən deyib: “Müraciət edən 2,1 mindən çox xəstə reanimasiya tədbirləri nəticəsində ağır vəziyyətdən çıxarılaraq həyata qaytarılıb. Həmin müddət ərzində stansiyaya ürək-damar xəstəlikləri ilə əlaqədar 426,2 mindən artıq, miokard infarktı ilə əlaqədar 609, insultla əlaqədar 2,3 minə yaxın, doğuşla əlaqədar 1,6 min, avtoqəza zamanı xəsarətlə bağlı 1,4 minə yaxın müraciət daxil olub. Tibbi yardıma ehtiyacı olan 242 nəfər yeri məlum olmayan xəstəyə ilkin yardım göstərilərək xəstəxanalara yerləşdirilib. Pediatrik reanimasiya briqadaları tərəfindən küvez aparatların köməyi ilə paytaxtın doğum evlərində anadan olmuş çəkisi normadan az olan və ya qüsurlarla doğulmuş 434 körpə Respublika Perinatal Mərkəzinə və K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya edilib”.

Qeyd edilib ki, bu ilin yeddi ayında stansiya həkimlərinin ünvanına 384 təşəkkür məktubu və zəngi daxil olub.

 




Ana səhifəyə qayıt        Baxış: 507          Tarix: 7-09-2018, 12:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma