Bakıda “İntihar: səbəblər və onunla mübarizə” adlı konfrans keçirilib.
Trend-in məlumatına görə, tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov intihara səbəb kimi fərdin yaşadığı cəmiyyətdə dəyərlərin içərisindən uzaqlaşmasını göstərib. O qeyd edib ki, əgər insan bu dəyərlərdən uzaqlaşırsa, intihar üçün yol açılır: “Dünyada hər 40 saniyədən bir kimsə intihar edir. Bu da ən çox inkişaf etmiş ölkələrdə baş verir. Azərbaycanda intiharla bağlı göstərici digər inkişaf etmiş ölkələrlə müqaisədə xeyli aşağıdır”.
Psixoloq Rafiq Allahverdiyev çıxışında intiharın psixoloji səbəblərindən danışıb: “Bu gün intihar cəmiyyətin əsas probleminə çevrilib. İntihar vəziyyətdən çıxış yolu tapa bilməyən zaman baş verir. Mərkəzində əsasən fərdi psixoloji problemləri durur”. Psixoloq qeyd edib ki, bu gün intiharın qarşısını almaq üçün insan şüurunda dəyişiklik edilməlidir: “Fərd sosial münasibətlər qarşısında aciz qalır. Kişilər daha çox özünü asmağa üstünlük verir”.
O vurğulayıb ki, dünyada intihar xəstəlik və bədbəxt hadisələrdən sonra insan ölümünə görə 3-cü yerdə dayanır.
Paylaş: