Xəbər lenti

 

Alıcılar diqqətli olsunlar. Mənim xalam iki gün əvvəl bu oğlandan üzüm alıb və o, xəstəliyə yoluxub. Mən satıcını videoya çəkəndə o, heç nə olmamış kimi üzümə gülümsəyirdi.

The Sun-a xəbər verir ki, bu sözləri Leyla Xan adlı sosial şəbəkə istifadəçisi Facebook-a yerləşdirdiyi video ilə bağlı yazıb. O, üzüm satıcısını yaşıl meyvələri sprey halındakı boya ilə qırmızı rəngə boyayarkən videoya çəkib.

Leyla bildirib ki, xalası iki gün əvvəl bu üzümdən yediyinə görə mədəsi narahatdır. O, turistlərin ən çox olduğu ərazidə satılan meyvələrlə bağlı alıcıları diqqətli olmağa çağırıb.

Kadrlar Pakistanda çəkilib.

Videonu izləmək üçün şəklə klikləyin:

milli.az




Ana səhifəyə qayıt        Baxış: 427          Tarix: 11-09-2018, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma