Xəbər lenti

Gəncədə 74 ədəd partlamamış hərbi sursat aşkar edilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, sentyabrın 23-ü saat 19:06-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 8 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Şöbəsi tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyatyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 74 ədəd partlamamış hərbi sursat (62 ədəd LPS patronu, 10 ədəd PQ-7 raketi və 2 ədəd PQ-9 raketi) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Havanın qaranlıq olması ilə əlaqədar olaraq ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı növbəti gün də davam etdiriləcək.

 




Ana səhifəyə qayıt        Baxış: 448          Tarix: 24-09-2018, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma