Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların istehsal gücü də 2 dəfə artırılaraq sutkada 5000 kub metrə çatdırılıb
"Gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli üçün yeni yanaşma və texnologiyaların tətbiqi məqsədilə infrastruktur imkanları 20 min kub metr olan, ilkin mərhələdə pilot olaraq sutkada 2000 kub metr su duzsuzlaşdırmaq gücündə avadanlıq quraşdırılıb" — bu barədə nazir Hüseyin Bağırov jurnalistlərə açıqlamasında məlumat verib. O, bildirib ki, dəniz suyunun duzsuzlaşdırılması zavodunda emal edilmiş sudan ətraf ərazilərdə salınmış yaşıllıqların suvarılmasında istifadə olunur: "Eyni zamanda, Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların istehsal gücü də 2 dəfə artırılaraq sutkada 5000 kub metrə çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2017-ci il tarixli Sərəncamına əsasən 15 rayonun 100 kəndində (77 min nəfər əhali) icraçı şirkət tərəfindən Nazirliyin nəzarəti altında layihələndirmə işləri yekunlaşmış və artıq tikinti işlərinə başlanılıb. Bununla da 484 yaşayış məntəqəsində 700 mindən artıq əhali keyfiyyətli içməli su ilə təmin ediləcək".
Ovqat.com
Paylaş: