İsrail, nəhayət, Camal Xaşuqcinin itkin düşməsinə münasibətini açıqlayıb.
Strateq.az “İlaf” nəşrinə istinadla xəbər verir ki, İsrailin təhlükəsizlik mənbəyi “Camal Xaşuqci məsələsində Təl-Əviv, Türkiyə tərəfindən fərqli olaraq, Səudiyyə Ərəbistanının iddiasına daha çox etibar edir”, – ifadəsini işlədib.
Eyni mənbə əlavə edib ki, İsrail bu məsələni diqqətlə izləyir, onu “sübut və ya faktlara əsaslanmayan, lakin müxtəlif maraqlı ölkələr arasında siyasi çəkişmə üçün istifadə olunan KİV xəbərləri” hesab edir.
“İsrail bu məsələnin həllində maraqlıdır, lakin “Türkiyə-Səudiyyə birgə komandası və Səudiyyənin daxili təhqiqatının nəticələrini gözləmə mövqeyində deyil. İsrail hakimiyyəti bu məsələdə Amerika tərəfinin mövqeyini dəstəkləyir. Səudiyyə konsulluğunda doqquz saatdan çox vaxt sərf edən birgə istintaq qrupu bir çox türk və bəzi beynəlxalq qəzetlərdə iddia olunan şübhədoğurucu dəlillər tapa bilməyib. İddiaların əksəri sosial şəbəkələrdəki paylaşımlardan ibarətdir”.
Qeyd edək ki, “Yediot Ahronot” qəzetindən başqa, İsrail mediası Xaşuqci işinə münasibət bildirməyib.
Bazar ertəsi günü “Maariv” nəşrinin təhlükəsizlik məsələləri üzrə analitiki Yossi Melman “Twitter”-dəki hesabında bu qeydi yazıb: “Ümid edirəm ki, Xaşuqciyə qarşı sui-qəsddə “Mossad” rol oynamayıb. Hətta dolayısı ilə”.
Paylaş: