Xəbər lenti

Növbəti ildən buraxılış və ali məktəblərə qəbul imtahanlarında tətbiq ediləcək yeni modelin detalları məlum olub. İmtahanlarda dinləmə bacarığı tələb edən və yeni açıq tipli suallardan istifadə ediləcək. Yeni qaydalara görə, buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələri toplanacaq, ən yüksək halda 700 bala çatacaq.

Digər maraqlı məqam odur ki, 2019-2020-ci tədris ilindən etibarən kurrikulum əsasında təhsil alan şagirdlər ilk dəfə ali məktəbə imtahan verəcəklər.

Bildirək ki, kurikulumun tətbiqi “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası” (Milli Kurrikulumu) əsasında həyata keçirilir. Bu sistem təhsilimizə  eks-təhsil naziri Misir Mərdanovun dövründə gətir-lib.

Azərbaycanda kurikulum 2008-2009 – cu tədris ilindən birinci siniflərdə tətbiq olunur. Kurrikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli bilikləri öyrətmək, onların məntiqi təfəkkürünü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır.

Eks-təhsil naziri Misir Mərdanov Modern.az-a açıqlamasında buraxılış və qəbul imtahanlarında tətbiq ediləcək yeni modelin detallarını müsbət dəyərləndirib.

“Düşünürəm ki, yeni modelin təfəkkürün, təhsilin inkişafı üçün  çox böyük əhəmiyyəti olacaq. Həmçinin, yeni modelin tətbiqi  təhsilimizin irəliləməsi üçün mühüm addımdır”.

Misir Mərdanov  nazir olduğu dövrdə tətbiqinə başlanılan kurikulum sistemi barədə belə deyib: “Kurikulumun tətbiqinə başlanıldığı zaman çətinliklər vardı. İndi də müəyyən çətinliklər var. O zaman çətinliklər daha çox idi. İnsanlarımız kurikulum sözünü deməkdə belə çətinlik çəkirdilər. Ancaq indi həm müəllimlər, həm də valideynlər  kurikulumun nə demək olduğunu bilir. Dünya təhsili bu yolla gedir. Biz də şübhəsiz ki o yolla getməliyik. Əminəm ki, il-ildən işlər daha yaxşı olacaq. İnanıram ki,  kurikulumla təhsilə başlayan şagirdlər abituriyent kimi daha yaxşı nəticə göstərəcək”.

 




Ana səhifəyə qayıt        Baxış: 410          Tarix: 19-10-2018, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma