
Şamaxıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Ovqat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumata verilib.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən rayonun Çöl Göylər kəndində “Shacman” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1946-cı il təvəllüdlü Zülfüqarov Gülbaba Gülbala oğlunun və sərnişin, 1947-ci il təvəllüldü Zülfüqarova Toma Ağakişi qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Paylaş: