Xəbər lenti
Bu gün, 19:25

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yaxınlaşdıqca əfv sərəncamının olub-olmayacağı barədə müzakirələr gedir.

Sərəncamın olmama ehtimalları daha yüksək görünür. Buna səbəb də Əfv Komissiyasının son aylarda demək olar ki, iclaslarının keçirilməməsidir. Bundan əlavə, son illərdəki əfv sərəncamlarının adətən Novruz bayramında imzalanması nəzərə alınaraq gözlər daha çox mart ayına dikilib.

Əfv Komissiyasının üzvü Rəşad Məcid gedən müzakirələrlə bağlı “Yeni Müsavat”a bunları deyib: “Əfv Komissiyasının iclasları adətən ilin əvvəllərindən etibarən keçirilməyə başlayır. Yəqin ki, gələn aydan iclaslar başlayacaq. Əfv sərəncamı adətən son illərdə Novruz bayramında imzalanır. Mən komissiya üzvü olandan belə olub. Yəqin ki, əvvəlki illər kimi bu dəfə də əfv sərəncamı Novruz bayramı ərəfəsində olacaq”.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı da əfv sərəncamının gələn ilin martında veriləcəyini düşünür: “Əfv Komissiyası daim fəaliyyət göstərir. Buna söz ola bilməz. Əfv sərəncamının Yeni il və ya Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə imzalanacağını gözləmək doğru deyil. Hər halda, bizdə olan məlumata görə, əfv olmayacaq. Olsa-olsa Novruz bayramında olacaq. Bizim siyahılar hazırdır. Biz siyasi məhbuslarla daim maraqlanırıq. Xəstə olanların, cəzalarının böyük hissəsini çəkənlərin adlarını Əfv Komissiyasına təqdim edirik. Əfv sərəncamı imzalamaq birbaşa ölkə prezidentinin səlahiyyətindədir.

 




Ana səhifəyə qayıt        Baxış: 582          Tarix: 11-12-2018, 13:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma