Məktəblilər arasında “1918-ci il azərbaycanlıların soyqırımı” mövzusunda inşa müsabiqəsi başa çatıb.
“Rezonans” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “1918-ci il azərbaycanlıların soyqırımı haqqında yeniyetmələr arasında tədbirlərin təşkili və videoçarxın hazırlanması” layihəsi çərçivəsində Feysbuk sosial şəbəkəsində “1918-ci il Mart soyqrımı” səhifəsini yaradıb. Bu səhifədə 1918-ci il Mart soyqrımının 100-cü ildönümü ilə əlaqədar məktəblilər arasında inşa müsabiqəsi elan edib.
Göndərilən inşalar layihənin ekspertləri tərəfindən qiymətləndirilib, qaliblər müəyyən olunub:
1-ci yer – Vaqif Qurbanov, 132-134 saylı Təhsil Kompleksinin 7a sinif şagirdi (31 March – The Genocide Day Of Azerbaijanis);
2-ci yer – Ziya Əlisoy, 132-134 saylı Təhsil Kompleksinin 9a sinif şagirdi
(March 31, 1918 – The Day Of The Azerbaijan Genocide);
3-cü yer – Zərifə Heydərli, 132-134 saylı Təhsil Kompleksinin 7a sinif şagirdi (The Genocide Day) .
Şagirdlər inşalarında 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnakstyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı qırğın törətdiklərini, uşaq, qadın və yaşlılara da rəhm etməyərək on minlərlə azərbaycanlını etnik kimliyinə görə – məhz azərbaycanlı olduğuna görə öldürdüklərini qeyd ediblər. İnşalarda xüsusilə vurğulanıv Həmçinin bu böyük faciə uzun illər ərzində sovet hakimiyyəti tərəfindən gizlədilib, xalqımızın yaddaşından silməsinə çalışılıb. Lakin Azərbaycan müstəqillik qazandıqdan sonra 26 mart, 1998-ci ildə prezident Heydər Əliyevin imzaladığı fərmanla 31 Mart hər il Azərbaycanlıların soyqırımı günü olaraq anılır.
Müsabiqə barədə ətraflı aşağıdakı link vasitəsilə tanış olmaq olar:
Paylaş: