Xəbər lenti

 

Xəbər verdiyimiz kimi müğənni, hazırda aktrisa kimi fəaliyyət göstərən Mehin Hümbətova təhsil almasını atası istəməyən və attestatı gizlədilən Orxan Bağırzadənin bir illik təhsil haqqını ödəyib. 
Məsələyə münasibət bildirən sabiq təhsil naziri, professor Firudin Cəlilov Moderator.az-a açıqlamasında gənclərimizin təhsil alması üçün bu cür xeyirxahlıq edən insanların əməlinin təqdirəlayiq olduğunu dedi:
“Orxanla bağlı baş verən hadisələr çox təsirlidir. Təsəvvür edin ki, bir kasıb ailədi uşağını oxutmağa maddi imkanı yoxdur. Burda insan o, tələbənin düşdüyü durumu göz önünə gətirməlidir. Bu baxımdan belə istedadlı tələbələrimizin təhsil alması üçün ona əl tutanlara Allah kömək olsun. Biz elə bir millətik ki, gərək kimsəsizə, imkanı olmayana kimin imkanı varsa, kömək etsin. Xüsusən də təhsil sahəsində bu xeyirxah addımı atmaq savabdır. Yadınızdadırsa, iş adamı Mübariz Mənsimov Türkiyədə minlərlə tələbə oxutdurur, onların təhsil xərclərini ödəyir. Vaxtilə M.Ə.Rəsulzadəgil də 100 nəfər gənci xaricə təhsil almaq üçün göndərmişdilər. Yəni imkan daxilində təhsil alan gənclərimizə kömək etmək lazımdır. Xüsusilə imkansız ailələrin istedadlı uşaqları təhsildən kənarda qalmamalıdır. İndi müğənni bir xanımın bu addımı digərləri üçün də bir örnək olmalıdır. Təkcə müğənnilərimiz deyil, imkanı olan şəxslər də bu cür gənclərimizə sahib çıxmalıdırlar, çünki onlar bizim gələcəyimizdir”. 
Vasif Əlihüseyn



Ana səhifəyə qayıt        Baxış: 251          Tarix: 22-08-2019, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma