Xəbər lenti

QEYD:  10may.az saytı prezident İlham Əliyevin komandasında təmsil olunan simaların siyasi portiretlərini dərc etməyə başlayıb. Portreti çızılan ilk şəxs Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov olub. Azinforum.az həmin yazını dərc edib. Layiənin növbəti obyektivi Fuad Ələskərova tuşlanıb. Onun da portret cizgilərini təqdim edirik.

Fuad Ələsgərov 1981-ci ildə Azərbaycan Dövlət Universitetininin hüquq fakultəsini bitirəndən sonra Ədliyyə Nazirliyin də  fəaliyyətə başlayır. Müstəqillik illərinə qədər nazirliyin müxtəlif strukturlarında işləyir və 1994-cü il də Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri vəzifəsində, 25 aprel 1998-ci ildən isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.Tərcümeyi halından gördüyünüz kimi siyasətə o qədər də meyl etməyən Fuad Ələsgərov hüquq sahəsinin peşəkar simalarından biridir. Bunu da unutmayaq ki, Fuad Ələsgərovun atası Murtuz Ələsgərov Azərbaycan parlament sədrlərinin içində ən effektli və demokratik bir sima olub. Murtuz Ələsgərov ölkə qanunvericiliyinin formalaşmasında aktiv iştirak edib və Heydər Əliyevin istədiyi qanunvericilik bazasının yaranmasına təsirini göstərib. Həm hüquqşünas  həm də siyasətçi ailəsində formalaşan Fuad Ələsgərov siyasətlə hüquq elminin arasında mövqe seçib və çox hallarda hüquqa meyl edib.

Divlərin mübarizəsində  neytrallıq

48E24673-FECE-493F-80E6-09CF167417E4_cx0_cy15_cw0_w1023_r1_s

Murtuz Ələsgərov dünyasını dəyişəndən sonra çoxları hesab edirdi ki, Fuad Ələsgərov mövqelərini itirəcək və uzağı hanısa ali məktəbdə müəllim işləyəcək. Bunun isə başlıca səbəbləri bu idi ki, Fuad Ələsgərovun çalışdığı sahədə ki, nazirliklərin arasında ciddi uçurumlar yaranmışdı. İstər Respublika Prokurorluğunda, istər MTN-də , istərsə DİN-də durum ürəkaçan deyildi. Bu qrumların həm bir-biri ilə peşə konfliktləri mövcud idi, həm də bəzilərinin daxili intriqaları da çox şişmişdi. Belə olan halda Fuad Ələsgərov bu qrumların birinin yanında dayanmalı idi. Çünki siyasi yox, mövqe davası aparan bu təşkilatlara  eyni məsafə də yaxınlaşmaq mümkünsüz idi. Amma Fuad Ələsgərov divlərin davasından qələbə ilə ayrıldı.

Adını və şərəfini qoruma prinsipi

1435827508_14358242966503613123_750x500

Fuad Ələsgərovun peşəkar fəaliyyəti dövründə yaşadığı ilk açıq təhlükə,  polis sistemində çalışan Nizami Qocayevin şərlənərək həbs olunduğu dövrə düşdü. Respublika Prokuroru Eldar Həsənovun göstərişi ilə qanunsuz şəkildə həbs olunan Nizami Qocayev Fuad Ələsgərovla qohum idi və Nizami Qocayevdən sonra növbə Fuad Ələsgərovda idi. Amma təmkinli davranışı, intriqalara qarışmaması, nəhayət prezidentə sədaqətliliyi nəticəsində Fuad Ələsgərov qurulmuş tələdən xilas oldu və bir müddətdən sonra qələbəsini də təmin etdi. Fuad Ələsgərovun güc qüvvələri arasında balansı qoruyub saxlamasının həm də başlıca səbəbi şərəfini qoruması, korrupsiya və rüşvətdən kənarda durması oldu. Bu günə qədər Fuad Ələsgərova qarşı bir dənə də olsa korrupsiya ittihamı yoxdur.

Siyasətə elmi yanaşma

Fuad Ələsgərov siyasətə bir başa qarışmasa da siyasətin tam mərkəzindədir. Belə olan halda sual yaranır, necə olur ki, həm də siyasətə qarışmır?. Cavab sadədir, O, siyasətə elmi yanaşma nümayiş etdirir və buna görə siyasi qalmaqalla yox, siyasətin özüylə məşğul olur. Bu gün tutduğu vəzifənin mühümlüyü həm də Fuad Ələsgərovu daha effektli və düşünülmüş siyasət yürütməyə  sövq edir.

456123_228

Psixoloji cizgiləri

Diqqəti daha çox cəlb etməyi sevmir, amma öz mövqeyini də kiməsə güzəştə getməz. Necə deyərlər Fuad Ələsgərov “daş öz yerin də ağırdır” prinsipiylə fəaliyyət göstərir. Qrup şəkilində fəaliyyət göstərməyi sevmir və bunun da başlıca səbəbi özünəinamdır. Tələsik qərar çıxartmaqdan çox uzaqdır. Davranışından hiss olunur ki, klassik musiqiyə daha çox meyl edir və təklikdə qalıb düşünmək onun üçün artıq hobbiyə çevrilib.

Beləliklə, İlham Əliyev komandasının ən qaradinməz və etibarlı simasını qısa da olsa sizlərə təqdim etdik.

Eldəniz Elgün




Ana səhifəyə qayıt        Baxış: 2 824          Tarix: 31-05-2017, 12:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma