Xəbər lenti

 

Almaniyanın Deggendorf şəhərinin polisi Bavariya şəhərində sığınacaq axtaran Nigeriya və Azərbaycan mühacirləri arasında baş vermiş kütləvi dava nəticəsində 7 azərbaycanlının barəsində həbs qətimkan tədbiri qərarı seçib.

Yeddi azərbaycanlı vətəndaşa qarşı polisə müqavimət ittihamı ilə həbs olunub.

Məlumata görə, digər azərbaycanlı isə İtaliyaya deportasiya olunması üçün hazırda həbsdədir.

Qeyd edilir ki, həmyerlilərimizlə yanaşı bir nigeriyalı da həbs edilib.

Xatırladaq ki, Almaniyanın Bavariya şəhərində sığınacaq axtaran Nigeriya və Azərbaycan mühacirləri arasında kütləvi dava baş verib. Qarşıdurma zamanı 3 düşərgə gözətçisi və 2 polis əməkdaşı daxil olmaqla 9 nəfər yaralanıb. Eyni zamanda qaçqın düşərgəsinin binasına ciddi maddi ziyan vurulub. \\Virtualaz.org




Ana səhifəyə qayıt        Baxış: 478          Tarix: 6-09-2019, 23:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma