“60 yaşınadək kişilərin ölümünün 30-40 faizi alkoqolla asossasiya olunur.”
Rusiya mətbuatı xəbər verir ki, bu ölkənin Səhiyyə Nazirliyinin baş mütəxəssisi Sergey Boytsov alkoqolun əmək qabiliyyətli kişilərin ölümündəki rolu barədə danışarkən belə deyib.
Mütəxəssisin dediyinə görə, alkoqollu içkilər çox zaman birbaşa olmasa da, dolayısı ilə rusiyalı kişilərin ölümünə səbəb olur: “Bu və ya digər formada – ürək-damar sistemindəki çatışmazlıqlar, travmalar, yol-nəqliyyat hadisələri, yaxud başqa insidentlər alkoqolla assosasiya olunur”. S.Boytsov deyib ki, alkoqol hər gün qəbul olunursa, onun təhlükəsiz sayılacaq dozası mövcud deyil.
Xatırladaq ki, bundan bir müddət əvvəl Səhiyyə Nazirliyinin ekspertlərindən biri rusiyalıların həftədə 5 gün alkoqollu içki qəbul etməsinin onların sağlamlığı üçün təhlükəli olmadığını demişdi. Lakin alkoqolun dozasının kişilər üçün gündəlik 300 qram çaxır, yaxud 900 qram pivə normasından yuxarı olmaması şərtinə riayət edilməli olduğunu da bildirmişdi. Eyni nazirliyin iki rəsmi təmsilçisinin fərqli açıqlamalar verməsi isə ruslar arasında çaşqınlığa səbəb olub.
Həftənin 5 günü içməyi normal bilən adı çəkilməyən ekspertin açıqlamasından sonra Rusiya Dumasının Təhsil və Elm Komitəsinin sədr müavini Qennadi Onişşenko həmin ekspertin nazirlikdəki işindən qovulmasını tələb etmişdi. \\AzPolitika.info
Paylaş: