Xəbər lenti

 

Şirvan sakinini bıçaqlayaraq istintaqdan yayınan şəxs saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sentyabrın 19-da Şirvan sakini, 1992-ci il təvəllüdlü Əhmədov Bəxtiyar Əlifağa oğlu ürəkətrafı və ağ
ciyər nahiyəsindən bıçaqlanıb. O, çoxlu qanitirmə və bədənin daxilinə dəlib keçən yara ilə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb və əməliyyat olunib.

Onu bıçaqlayan şəxs, 2000-ci il təvəllüdlü Əkbərov Allahverdi Alim oğlu hadisə yerindən qaçaraq istintaqdan yayınmağa çalışıb. Şirvan Polis
Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əkbərov sentyabrın 20-də saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.




Ana səhifəyə qayıt        Baxış: 504          Tarix: 21-09-2019, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma