Xəbər lenti

 

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, qəza nəticəsində xəsarət alan iki kişi (39, 31 yaş) kritik vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb: "Ağır kəllə beyin travması ilə xəstəxanaya gətirilən 39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Kritik vəziyyətdə olan digər yaralının vəziyyəti bir qədər stabilləşdirildikdən sonra onu paytaxtda yerləşən özəl klinikalardan birinə köçürmək qərarına gəliblər. Hazırda müalicəsi özəl klinikada davam etdirilir".




Ana səhifəyə qayıt        Baxış: 443          Tarix: 24-09-2019, 10:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma