Xəbər lenti

 

Daşkəsən şəhərində orta yaşlı kişinin xəsarət alaraq komaya düşməsinin səbəbi məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin mərkəzi bazarının yaxınlığında içərisində sürücüsü olmayan "Zil" markalı yük maşını anidən arxaya hərəkət edərək "VAZ-21011" markalı avtomobilə çırpılıb.

Nəticədə minik maşının sürücü, 1971-ci il təvəllüdlü Nizaməddin Hüseynov ağır kəllə-beyin travması alıb. O, koma vəziyyətində Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 13 sentyabr, saat 22:41

Daşkəsən şəhərində orta yaşlı kişi ağır xəsarət alaraq komaya düşüb.

"Report"un məlumatına görə, hadisə şəhərin mərkəzi bazarının yaxınlığında qeydə alınıb.

Yaralı Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib. Onun hansı şəraitdə xəsarət alması dəqiq məlum olmasa da yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığı güman edilir.

Hazırda məsələ ilə bağlı araşdırmalara başlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 386          Tarix: 14-09-2019, 09:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma