Xəbər lenti

Bu, Qazaxıstan Respublikası Milli İqtisadiyyat Nazirliyinin hesabatından məlum oldu

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Konkret.az-ın Orta Asiya ölkələri üzrə bürosu Qazaxıstan Respublikası Milli İqtisadiyyat Nazirliyinin Statistika Komitəsinin hesabatına istinadən bildirir ki, 2019-cu ilin 8 ayı – yanvar-avqust ayları ərzində 31.287 nəfər Qazaxıstanı tərk edib (bunun 28.470 nəfəri MDB ölkələrinə gedib). Keçən ilin anoloji dövründə 27.737 nəfər (MDB-yə – 25.191) getmişdi, yəni bir il ərzində miqrantların sayı 3.550 nəfər (+ 12,8%) artb. 2017-ci ilin eyni dövründə 24.348 qazaxıstanlı xaricə getmişdi, yəni iki ildə gediş sayı 6.939 nəfər (+ 22,2%) artıb.

Hesabat dövründə 7.420 nəfər (MDB ölkələrindən 6.033 nəfər) Qazaxıstan vətəndaşlığını qəbul edib. Keçən il bu göstərici 8.426 (MDB ölkələrindən 6.561) nəfər təşkil etmişdi, yəni bir il ərzində azalma 1.006 nəfərə və ya 11.9%-ə bərabər olub. 2017-ci ildə gələnlərin sayı 10.798 nəfər təşkil etdiyi üçün son iki il ərzində gələnlərin sayının 3.788 nəfər (-31.3%) azaldığından xəbər verir.

Bu ilin ilk 8 ayında doğuşların sayı 265.286 nəfərə çatıb. Ötən il yeni doğulanların sayı 261.723 nəfər olmuşdu (+ 1.4% artıb). Sentyabrın ilk gününədək 89.510 nəfər ölüb, əvvəlki il 88.014 nəfər ölmüşdü (+ 1.7% artıb).

1 sentyabr 2019-cu il tarixinə Qazaxıstan əhalisi 18 milyon 547.5 min nəfər, o cümlədən şəhərlər – 10 milyon 816.1 min (58.3%), kəndlilər – 7 milyon 731.4 min (41.7%) ) olub. Ötən illə müqayisədə əhali 235.7 min nəfər və ya 1,3% artıb.

2019-cu ilin avqust ayında əhalinin adambaşına düşən orta nominal pul gəlirləri 103.816 tenge (təxminən 455 manat)təşkil etmişdir ki, bu da 2018-ci ilin avqust ayına nisbətən 9.5% çoxdur.

2019-cu ilin sentyabr ayında təxmin edilən bir işçinin orta aylıq nominal əmək haqqı 188.634 tenge (təxminən 826 manat manat) idi. Bu il üçün minimum əmək haqqı 42.500 tenge (təxminən 186 manat) müəyyən edilib.




Ana səhifəyə qayıt        Baxış: 402          Tarix: 17-10-2019, 20:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma