Xəbər lenti

 

Bu barədə istər Almaniya, istərsə də Azərbaycan mediasında kifayət qədər məlumatlar verilir. İşin alman istintaq orqanlarının nəzarətində olduğunu nəzərə alsaq, əlavə məlumat vermək, detallar barədə fikir söyləmək düzgün olmaz. Çünki istintaq davam edir”.

Bunu Modern.az-a Almaniya azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev bu ölkəyə qanunsuz miqrant daşınmasında adı hallanan həmvətənlərimizlə bağlı danışarkən bildirib.

Y.Musayev hələlik hamı kimi istintqın yekunlaşması və nəticələr barədə məlumatların açıqlanmasını gözlədiklərini deyib:

“Əlbəttə, xoşagəlməz hadisədir. Əgər cinayətdə iştirakları həqiqətən təsdiq olunarsa, bu, azərbaycanlıların adına ucalıq gətirəcək hal olmayacaq. Və belə əməllərin aradan qaldırılması məqsədəuyğundur. Ümid edirik ki, qeyd edilən məsələ təsdiqlənməz. Çünki Əlövsət Əliyev Almaniyadakı azərbaycanlılar arasında kifayət qədər tanınır və keçmiş nazir, deputat, sevimli şair Sabir Rüstəmxanlının qardaşıdır. Bu baxımdan ümid edirik ki, baş verənlər sadəcə təsadüfdür”.

Qeyd edək ki, Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində

Məlumatlara görə, saxlanılan dəstədə “Legat” İnteqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev də var. 




Ana səhifəyə qayıt        Baxış: 367          Tarix: 14-11-2019, 12:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma