“Milli Məclisdə istər plenar iclaslar, istərsə də komitə iclasları olsun, kifayət qədər açıq və şəffaf keçirilir. Mən hələ bu vaxta qədər hansısa deputatın sözünün kəsildiyinin şahidi olmamışam. Milli Məclisdə baş verənlər ölkə ictimaiyyətinə olduğu kimi təqdim olunmur. Parlamentdə istənilən deputat istədiyi problemi qaldıra bilir və hamı da bunu dinləyir, rəhbərlik də etiraz etmir”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O qeyd edib ki, Azərbaycan cəmiyyətinə doğru informasiya vermək lazımdır: “İstər sosial şəbəkələrdə, istərsə də ayrı-ayrı müəlliflərin yazılarında Milli Məclislə bağlı dolğun məlumatlar Azərbaycan cəmiyyətinə çatmır. Azərbaycan mediasının Milli Məclislə əlaqələri daha da möhkəmləndirməli və parlamentin nəyə qadir olduğu Azərbaycan cəmiyyətinə çatdırmalıdır”.
Paylaş: