Xəbər lenti

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, noyabrın 15-də Gəncə şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Y. Dadaşov evində münaqişə zəminində atası Mübarizə bıçaqla çoxsaylı xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş yaralı orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Y. Dadaşov saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.

***

10:44

Gəncədə qətl hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Cavadbəy Şıxlinski küçəsində baş verib.

Əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu sərxoş vəziyyətdə yaşadığı evə gələrək atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində Y. Dadaşov mətbəx bıçağı ilə atasına bir neçə bıçaq zərbəsi endirib.

M.Dadaşov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və hadisəni törədən şəxs saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 419          Tarix: 16-11-2019, 14:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma