Xəbər lenti

 

Cümşüd Nuriyev deputat olmaq üçün qadınlara və xanımlara şər atır. Deputat olmaq istəyirsənsə, daha qadınlara niyə şər-böhtan atırsan?

Bu sözləri Teleqraf.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu politoloq Cümşüd Nuriyevin 1992-1993-cü illərdə Qarabağ döyüşlərində iştirak edən könüllü qadın batalyonu haqqında dediklərinə reaksiya verərkən bildirib.

Novella Cəfəroğlunun sözlərinə görə, o dövrdə qadın batalyonu ölkədə gedən müharibədə əhval-ruhiyyə yaratmaq məqsədilə təşkil edilib: “Hazırda bizim yüzlərlə xanımımız hərbi xidmət keçir. Cümşüd Nuriyevin dedikləri zamanında hərbi xidmətdə olan və hazırda xidmət keçən xanımlarımıza çamur atmaqdır. Bu gün vətən çətin durumdadırsa qadın da, kişi də müharibəyə getməlidir. İkincisi, Cümşüd Nuriyevin təhqir etdiyi könüllü qadınlar batalyonunda olanlar elmlər namizədləri, professor, ən azı ali təhsili olan qadınlar idi. Onlar gedib əsgərləri ziyarət edir, yemək aparırdılar. Ağdamın bölgələrinə gedirdik, əlçək tikirdilər. Bunların hamısını o qadınlar edirdi”.

Hüquq müdafiəçisinin fikrincə, indi o qadınları təhqir etmək əxlaqsızlıqdır: “Həmin qadın batalyonu altı şəhid verib. Şəhid xanımlar içərisində snayperlər, tibbi bacıları olub. Qaratel ermənilərin əlinə keçməsin deyə özünü güllələyib. İndi kimsə durub onlara çamur atır. Onlara çamur atmaq axmaq və əclaf adamın işidir”.

Xatırladaq ki, sabiq deputat Cümşüd Nuriyev yerli kanalların birində çıxışı zamanı bəyan edib ki, AXC-nin könüllü qadın batalyonu yaranmışdı, buna Xanım Xəlilova başçılıq edirdi: “Ölkədə nə qədər ərindən boşanan, küçədə qalan qadınlar var idisə, bunlar kişi söyüşləri ilə orada idilər”.




Ana səhifəyə qayıt        Baxış: 912          Tarix: 27-11-2019, 12:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma