Xəbər lenti

 

Azərbaycanda insan alveri ilə məşğul olan Şirvan şəhər sakini, 1973-cü il təvəllüdlü Zenfira Beydiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün Rasim Sadıxovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə qapalı məhkəmə iclası başlanacaq.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsu tərəfindən Zenfira Beydiyeva 2016-cı ildə İnterpol xətti ilə axtaraşa verilib. O bu il hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunaraq istintaqa təhvil verilib.

Zenfira Beydiyeva Azərbaycan vətəndaşı olan qadınları ölkə hüdudlarından kənara aparıb və orada cinsi istismara məruz qoyub.

Cinayət işi üzrə 4 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Zenfirə Beydiyevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.




Ana səhifəyə qayıt        Baxış: 664          Tarix: 16-12-2019, 10:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma