Xəbər lenti

Fərəc Quliyev: “Bizim iradəmizdən asılı olmayaraq düşmənə çevrilən qonşumuz var” 

İranda baş verən terror aktı bu ölkəylə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin əhəmiyyətli dərəcədə gərginləşməsinə səbəb olub. Maraqlıdır, ehtiyac olarsa Azərbaycan cənub qonşusu İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması üçün də vasitəçilik missiyasını həyata keçirə bilərmi? Türkiyə-Rusiya münasibətlərində olduğu kimi İran-Səudiyyə Ərəbistanı məsələsində də rəsmi Bakının xeyirxah missiyasına şahid olmaq mümkündürmü?

Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev Azərbaycanın bu cür vasitəçiliyə hər zaman hazır olduğunu bildirib:

“Azərbaycan təbii ki, öz qonşuluğunda hansısa konfiliktin olmasında maraqlı deyil. Problemsiz qonşuluq siyasəti yürüdən dövlətdir. Bizim iradəmizdən asılı olmayaraq düşmənə çevrilən qonşular var. Mən konkret Ermənistanı nəzərdə tuturam.

Azərbaycanın bütün dövlətlər arasında etimadı yüksəkdir. Azərbaycan həmişə sülhməramlı, xeyirxah davranış nümayiş etdirib. Qeyd etdiyiniz kimi, Türkiyə-Rusiya məsələsində də biz buna şahid olduq. Odur ki, ehtiyac olarsa, Azərbaycan yenə də bu missiyanı yerinə yetirə bilər”.

 




Ana səhifəyə qayıt        Baxış: 685          Tarix: 9-06-2017, 16:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma