Xəbər lenti

 

Rusiyada işləmək üçün saxta nikah bağlanan azərbaycanlı ilə bağlı məhkəmə qərar verilib.

Rv-ryazan.ru-nun xəbərinə görə, Ryazan vilayət məhkəməsi bir neçə saxta nikahı ləğv edib.

Spasski rayon prokurorluğu nikahların etibarsız elan edilməsi barədə məhkəmədə iddia qaldırıb.

Araşdırma zamanı məlum olub ki, Rusiya Federasiyasının vətəndaşları Azərbaycan, Özbəkistan, Vyetnam vətəndaşları ilə nikah bağlayıblar.

Bu nikahların xarici vətəndaşların Rusiyada qalaraq işləməyin qanuniliyini təmin etmək məqsədi ilə bağlandığı müəyyən edilib.

Məhkəmə rayon prokurorluğunun iddialarını təmin edərək əcnəbilərlə Rusiya vətəndaşları arasında bağlanmış nikahları bağlandıqları gündən etibarsız elan edib və nikah qeydiyyatı aktları ləğv edilib.Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 475          Tarix: 22-01-2020, 14:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma