Xəbər lenti

 Əhməd və Leyla (adlar şərtidir) ikisi də Bakıdakı musiqi məktəblərindən birində çalışırdılar. Əhməd bütün nəfəs alətlərinin mahir ifaçısı idi. Leyla isə skripkadan dərs deyirdi. Hər ikisi İçərişəhərin qədim məhəllələlərindən birində doğulub böyümüşdülər. İkisinin də anası evdar qadın, ataları müəllim idi. Əhməd də, Leyla da alilədə yeganə övlad idilər. Valideynlər bu iki gənci evləndirmək istəyəndə heç biri etiraz etmədi. Çünki onlar uşaqlıqdan bir-birlərini sevirdilər. Bir neçə il sonra Əhməd və Leylanın bir qızları oldu. Hər ikisinin valideynləri sevincdən özlərinə yer tapa bilmirdilər. Leylanın atası nəvəsinin dünyaya göz açması münasibətilə ona qədim və və gözəl bir piano aldı . Babanın arzusu 5 yaşı tamam olan gün onu balaca Günelə hədiyyə etmək idi. Buna görə də pianonu elə qutuda aşağı otaqda gizlətdi. Lakin bir neçə il ərzində hər ikisinin valideynləri bir-birinin ardınca dünyalarını dəyişdilər. Sürpriz piano isə isə Leylanın atası evində zirzəmidə illər boyu yaddan çıxaraq qaldı.

Leyla qızını da işlədiyi musiqi məktəbində kanon dərsinə yazdırdı. Günel musiqi məktəbini bitirib Musiqi Akademiyasına daxil oldu. İkinci ixtisas kimi, piano dərsləri də almağa başladı. Leylagil ikçərişəhərdəki ikiotaqlı mənzillərini satıb üçotaqlı ev almaq istəyəndə pulları bəs etmədi. Leyla ata evini də satışa çıxardı. Evin əşyalarını daşıyanda aşağı otaqdakı böyük qutunu görərək sürpz hədiyyədən xəbər tutdular. Babanın hədiyyəsi yeni mənzildə qonaq otağına yerləşdirildi. Lakin yeni mənzilə daşınmaq ailəyə sevinc deyil, dərd-bəla gətirdi. Köçəndən 6 ay sonra işdən evə gələn leyla ərini evdə ipdən asılmış tapdı. Bu faciə başsız qalan ana-balanı dərindən sarsıtdı. Heç kim Əhməddən belə bir addımı gözləmirdi. Bu dərdləri az imiş kimi evlərinə də iki dəfə oğru girdi,birincə dəfə Leylanın qızılları, ikinci dəfə isə anasından və qaynanasından qalan bahalı əşyalar oğurlandı. Qadın rəfiqələrinin məsləhətilə otaq və dəhlizdə müşahidə kamerası yerləşdirdi.

Oktyabrın 14 -ü leyla işdən evə gec qayıtdı. Bir neçə tələbəsini dərsdən sonra qalıb hazırlaşdırdığı üçün yubanmışdı. Evin zəngini çalanda qapını açan olmadı. Nigaran qalan ana qapını öz açarı ilə açıb dərhal Günelin əl telefonuna zəng etdi. Zəng səsi isə mənzildən gəlirdi. Yan otağa keçəndə qızının yerdə cansız uzanmış bədənini gördü. Leylanın dəhşətli qışqırıq səsinə bütün qonşular yığılıb gələrək təcili yardıma zəng etdilər. Həkim gələndə qızın boğulub öldürüldüyünü bildirdi. Sabunçu rayon polis idarəsindən hadisə yerinə polislər gəldi. Kamera görüntülərini incələyən müstəntiqlər şoka düşdülər. Onlar qeyri -adi olaya aydınlıq gətirilməsi üçün ekstrasensə müraciət etdilər. Elspertlər ora gələn kimi ilk növbədə kamera görüntülərinə baxdılar. Ana ilə qızın ikilikdə evdən çıxdığı, bir neçə saat sonra isə Günelin dərsdən evə qayıtdığı , nahar etdiyi və işlərini bitirəndən sonra qonaq otağındakı pianoya yaxınlaşıb çalmağa başladığı gürünürdü. Lakin qız birdən -birə dəhşətlə ayağa durdu və əllərini irəli uzadaraq nəsə deməyə başladı. Onun kiminlə danışdığı görünmürdü. Sonra elə bil qızı kimsə zərblə vurub yerə sərdi.

  Bir an sonra görüntüdə qara geyimli bir məxluğun sanki pianonun içindən çıxıbmış kimi peyda olduğu göründü.

 

O, zahirən qadına bənzəsə də sifəti çox dəhşətli idi. Yerə yıxılan qızın ayağından yapışıb onu yan otağa sürüyüb apardı. Bir az sonra geri qayıdıb otağın içində gəzişməyə başladı. Birdən dəhlizə sarı boylandı və pianoya yaxınlaşıb yox oldu. Maraqlı idi ki, qara geyimli məxluq ilk dəfə pianonun yanında görünür və orda da yoxa çıxırdı. Ekspertlər təqqiqata bu pianonu yoxlamaqla başladı. Araşdırmalardan sonra məlum oldu ki, pianonun 150 -dən çox yaşı var və Həstərxanın şəhər arxivindən götürülən rəsmi sənəddən həmin pianonun 1916-cı ilə qədər şəhərdəki kiçik bir provoslov kilsəsinə məxsus olduğu bəlli oldu. Ordakı keşişlərin şeytanla görüşdüyü barədə söz-söhbət yayılandan sonra qəzəbli kütlə hücum edərək keşişləri qətlə yetirib, kilsəni isə qarət edərək yandırıblar. Kilsəyə məxsus piano, ikona və digər qiymətli əşyalar isə hərraca çıxarılıb. O vaxt onu Mirzə Bədirxan adlı tacir 3 qizıl onluga alıb Bakıya gətirib və burda Mərdan bəy adlı varlı bir adama 25 qizıl onluga satıb. Bədirxanın sonrakı taleyi ilə maraqlananda isə arxivdəki sənədlərdən məlum olub ki, həmin tacir izsiz-sədasız yoxa çıxıb və onun heç cəsədi də taplmayıb. O dövrdə çıxan "Kaspi" qəzetində Mərdan bəyin özünü asması və lənətlik piano haqqında da yazıya rast gəlinib. O da məlum olub ki, bu lənətli piano Leylanın atasının əlinə düşənədək bir neçə adamın da ölümünə səbəb olub.

  

Leyla qızının faciəli öümündən güclü sarsıntı keçirərək yaddaşını itirdi. Başabəla piano isə sonradan elmi-tədqiqat institutuna göndərildi. Hazırda bu musiqi aləti kamera quraşdırılmış boş bir otaqda saxlanılır və hec kimin tək otağa daxil olmasına icazə verilmir. Lakin davamlı müşahidə altında olsa da piano ilə bağlı heç bir anomal hadisə və ya qeyri -adi görüntü qeydə alınmayıb. Lənətli piano ilə ələqədar baş verən son dəhşətli hadisə isə indiyədək ictimaiyyətdən gizli saxlanılıb. 

 Nazilə Məriman 




Ana səhifəyə qayıt        Baxış: 995          Tarix: 26-01-2020, 12:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma